...

İranın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib

Siyasət Materials 26 Avqust 2011 21:36 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Beynəlxalq Qüds günü münasibətilə Azərbaycanda iftar süfrəsi təşkil edib.
İranın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Beynəlxalq Qüds günü münasibətilə Azərbaycanda iftar süfrəsi təşkil edib.

İftar süfrəsində Azərbaycanın tanınmış şəxsləri, parlament nümayəndələri, bəzi universitet rektorları, səfirliyin işçiləri və Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik korpusların nümayəndələri və Fələstinin Azərbaycandakı səfirliyinin təmsilçisi iştirak ediblər.

İİR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhrami mərasim iştirakçılarını təbrik edib, Beynəlxalq Qüds günündən söhbət açıb.

Xəbər lenti

Xəbər lenti