...

Əli Həsənov: Azərbaycan dövləti ölkəsi ilə yanaşı Gürcüstanın inkişaf etməsinə də səy göstərir

Siyasət Materials 28 Avqust 2011 13:15 (UTC +04:00)
Əli Həsənov: Azərbaycan dövləti ölkəsi ilə yanaşı Gürcüstanın inkişaf etməsinə də səy göstərir
Əli Həsənov: Azərbaycan dövləti ölkəsi ilə yanaşı Gürcüstanın inkişaf etməsinə də səy göstərir

Gürcüstan, Batumu, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan dövləti ölkəsinin inkişafı ilə yanaşı Gürcüstanın inkişaf etməsinə də səy göstərir. Trend-in məlumatına görə, bu barədə bazar günü Gürcüstanın Batumi şəhərində Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" adlı konfransda Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Azərbaycan Respublikası, dövlət rəsmiləri, vətəndaşları öz xalqının inkişafı barədə düşündüyü kimi Gürcüstanın inkişafı haqqında da düşünür. Gürcüstanda yaşayan azərbaycanlıların firavan həyatının, ümumilikdə Gürcüstan vətəndaşlarının firavan həyatının təmin olunmasında maraqlıdır" - Həsənov əlavə edib.

Konfrans bu gün işinə başlayıb və iki gün davam edəcək.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə Gürcüstanın Diaspor Məsələləri üzrə Dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumdakı baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti