...

Azərbaycanın müdafiə naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 5 Sentyabr 2011 18:22 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Azərbaycanın müdafiə naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib. Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı nazir Azərbaycanın müstəqillik qazandıqdan sonra Avropa ilə sıx əlaqələrindən və hərbi əməkdaşlıq məsələlərindən ətraflı məlumat verib. Görüşdə bölgədə gərgin hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının işğalına şərait yaradan səbəblər, nəticədə bir milyon azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi və digər problemlərdən söhbət açılıb.

Əbiyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi hələ ki konkret bəhrəsini verməyib və Azərbaycana qarşı ikili standartlar bu gün də mövcuddur. Müdafiə naziri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilmədiyini qonağın diqqətinə çatdırıb və Avropa İttifaqının münaqişənin həllində səylərini artıracağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti