...

Əli Həsənov: Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemini seçib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Sentyabr 2011 10:44 (UTC +04:00)
Azərbaycan keçirdiyi seçkiləri Avropa Şurası ilə əlaqələndirmə yolunu tutub.
Əli Həsənov: Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemini seçib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan keçirdiyi seçkiləri Avropa Şurası ilə əlaqələndirmə yolunu tutub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemini seçib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki
Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, 1995-ci ildən başlayaraq Azərbaycanda keçirilən seçkilər seçki sisteminin təşəkkül tapmasına şərait yaradıb.

Həsənov bildirib ki, DSK-ların vəzifəsi təkcə dairələr ərazisində seçki keçirmək, hakimiyyət qanadlarını formalaşdırmaq deyil, eyni zamanda, ictimai institutlar kimi ölkənin ictimai-siyasi həyatında, beynəlxalq aləmdə Azərbaycanla bağlı baş verən hadisələrlə mütəmadi tanış olmalıdırlar.

"Seçki prosesi dinamik prosesdir, qanunvericilik aktları getdikcə yeniləşir, təkmilləşir, bu səbəbdən MSK-da təşkil olunan kursların bütövlükdə seçki prosesinə böyük təsiri olur", - PA rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti