...

Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 6 Sentyabr 2011 13:57 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da ölkəmizə işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovla Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.

İki qardaş ölkə və xalqlar arasında tarixi bağlılıqdan söhbət açan nazirlər əlaqələrin daha sıx perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsi görüşdə əsas müzakirə mövzusu olub.

Əbiyev həmkarını bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasəti haqqında da məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti