...

Prezident İlham Əliyev: Xəzərin Azərbaycan hissəsində iri qaz yatağı kəşf olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Sentyabr 2011 18:01 (UTC +04:00)
Xəzərin Azərbaycan hissəsində, "Abşeron" blokunda iri qaz yatağı kəşf olunub. Trend-in məlumatına görə, bunu cümə günü Prezident İlham Əliyev mətbuata açıqlamasında deyib.

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Xəzərin Azərbaycan hissəsində, "Abşeron" blokunda iri qaz yatağı kəşf olunub. Trend-in məlumatına görə, bunu cümə günü Prezident İlham Əliyev mətbuata açıqlamasında deyib. Məlumatı AzTV yayıb.

"Bu gün Fransanın "Total" şirkətinin rəhbərliyi qəbulumda olarkən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi barədə mənə məlumat verdilər. Mən öz növbəmdə bu şad xəbəri Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirəm və bütün Azərbaycan xalqını bu hadisə ilə əlaqədar təbrik etmək istəyirəm. Doğrudan da bu, böyük hadisədir. "Abşeron" yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir", - İlham Əliyev deyib.

Prezident qeyd edib ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmişdi.

"Amma suyun dərinliyini nəzərə alaraq, o vaxt bizim imkanımız yox idi ki, bu yataqda işlər aparılsın. Azərbaycanın neft strategiyasının icrası nəticəsində, Heydər Əliyevin təşəbbüsü ilə aparılan siyasət nəticəsində Azərbaycanın imkanları böyük dərəcədə artmışdır. Hazırda bizdə elə qazma qurğuları var ki, Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini apara bilərlər", - dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti