...

İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

Siyasət Materials 12 Sentyabr 2011 17:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul edib
İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul edib.

Trend-in məlumatına görə, Baş direktor xanım Marqaret Çan Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının ölkəmizdə yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycana bundan əvvəlki səfərlərini məmnunluqla xatırlayan xanım Marqaret Çan ötən dövr ərzində ölkəmizdə yüksək inkişafın şahidi olduğunu qeyd etdi. O, dünyanın 53 ölkəsini təmsil edən nümayəndə heyətlərinin bu tədbirdə iştirakının ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan nümayəndə heyətlərinin Azərbaycanla, o cümlədən ölkəmizdə səhiyyə sahəsində görülən işlərlə yaxından tanış olması üçün bu tədbirin yaxşı fürsət yaratdığını bildirdi. Dövlətimizin başçısı Dünya Səhiyyə Təşkilatının Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Dünya Səhiyyə Təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti