...

Azərbaycan Prezidenti Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 19 Sentyabr 2011 12:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib
Azərbaycan Prezidenti Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

Trend-in məlumatına görə, Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin ümumi hündürlüyü 3, 6 metrdir. Abidənin ətrafında park salınmış, abadlıq işləri aparılıb. Parkda çoxlu sayda ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, burada istirahət üçün lazımi şərait yaradılıb.

Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü. Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidenti musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, SSRİ-nin xalq artisti, "Sevil" operasının ilk ifaçısı Firəngiz Əhmədova və görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov dövlətimizin başçısına Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər.

Prezident İlham Əliyev musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi, onlarla səmimi söhbət etdi.

Xəbər lenti

Xəbər lenti