...

Sabahdan Oqtay Əsədovun Türkiyəyə səfəri başlayır

Siyasət Materials 20 Sentyabr 2011 14:07 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sabahdan Türkiyədə səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.
Sabahdan Oqtay Əsədovun Türkiyəyə səfəri başlayır

Azərbaycan, Bakı, 20 sentybar /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sabahdan Türkiyədə səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

O, qeyd edib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

"Görüşlərdə ikitərəfli əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq", - Təvəkküloğlu bildirib.

Nümayəndə heyəti, həmçinin Türkiyə Böyük Millət Məclisində olacaq, türkiyəli deputatlarla görüşlər keçirəcək. Səfər çərçivəsində Milli Məclisin üzvləri Ankarada Heydər Əliyev parkında olacaq, ulu öndərin adını daşıyan məktəbin fəaliyyəti ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti