...

Əli Əhmədov: Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır

Siyasət Materials 22 Sentyabr 2011 12:24 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, milli-mənəvi dəyərlər ölkənin inkişafının vacib şərtləri sayılmalıdır.
Əli Əhmədov: Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hakim partiyası hesab edir ki, milli-mənəvi dəyərlər ölkənin inkişafının vacib şərtləri sayılmalıdır.

"Regionda və dünyada Azərbaycanın mövqelərinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin möhkəm dayaqlar üzərində qərar tutması ölkənin müstəqilliyinin birbaşa nəticəsidir. İnkişafın kökündə dayanan çoxlu amillər içərisində milli-mənəvi dəyərlər xüsusi qeyd olunmalıdır. Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır", - Trend-in məlumatına görə, cümə axşamı "Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda dözümlülük və tolerantlığın təmin edilməsinin kökündə dayanan əhəmiyyətli faktorlardan biri mili-mənəvi dəyərlər sistemidir. "Hər bir xalqın və millətin milli-mənəvi dəyərlər sisteminin nüvəsini onun dini baxışları təşkil edir", - YAP rəsmisi əlavə edib.

Əhmədov bildirib ki, din, dini inanclar sistemi də hər bir millətin inkişafında əhəmiyyətli rol oynayır.

"Dinə təkcə insanların inanclar sistemi kimi baxmağın tərəfdarı deyiləm. Din daha geniş, daha əhatəli dəyərlər sistemidir", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti