...

Azərbaycanın bir sıra ölkələrlə ikitərəfli əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 22 Sentyabr 2011 20:13 (UTC +04:00)
Elmar Məmmədyarov Rusiya, İsrail, Botsvana, Ukrayna, Gürcüstan, Lüksemburq, Fici, Fələstin, İordaniya və Əlcəzairin xarici işlər nazirləri ilə görüşlər keçirib.
Azərbaycanın bir sıra ölkələrlə ikitərəfli əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir B.Hacıyev/

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya, İsrail, Botsvana, Ukrayna, Gürcüstan, Lüksemburq, Fici, Fələstin, İordaniya və Əlcəzairin xarici işlər nazirləri ilə görüşlər keçirib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, göruşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri, xüsusilə də iqtisadi, enerji, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə qarşılıqlı səfərlər mübadilələrinin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün biznes forumların təşkili məsələləri diqqət mərkəzində olub.

Bununla yanaşı, Azərbaycanın həmin ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının möhkəmləndirilməsi məsələsi də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti