...

Azərbaycan və Konqo arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb

Siyasət Materials 24 Sentyabr 2011 17:27 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarla görüş keçirib.
Azərbaycan və Konqo arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarla görüş keçirib.

Trend-in şənbə günü XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, görüş zamanı enerji təhlükəsizliyi və regional enerji layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirakı çərçivəsində Liberiyanın xarici işlər naziri Toqa Qayevea Makintoş ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, iqtisadi və enerji sahəsində, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan xarici işlər nazirinin Konqo Demokratik Respublikasinin xarici işlər naziri Aleksis Tambve Mvamba ilə görüşü çərçivəsində Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Daha sonra Məmmədyarovla ABŞ dövlət katibinin müavini Uilyam Börns arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər müzakirə edilib və müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafının davam etdirilməsi barədə razılıq ifadə edilib.

Azərbacyan xarici işlər nazirinin Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinasto ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı, tərəflər Azərbaycanla Albaniya arasında hüquqi bazanın genişləndirilməsi və əməkdaşlıq potensialının artırılması üçün qarşılıqlı səfərlər mübadilələrinin həyata keçirilməsi və müştərək biznes forumlarının təşkil edilməsi vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti