...

Müsavat Partiyasının qurultayı yubanır

Siyasət Materials 26 Sentyabr 2011 12:25 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyasının Qurultayı yubanır.
Müsavat Partiyasının qurultayı yubanır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayı yubanır.

Qurultayın keçirilməsi yerlərdə konfransların başa çatmasından asılıdır. Bunu bazar ertəsi Trend-ə Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli bildirib.

Onun sözlərinə görə, yerlərdə konfranslar keçirildikdən sonra partiyanın Məclisi çağırılacaq və qurultayın vaxtı və yeri barədə qərar qəbul olunacaq.

Müsavat Məclisinin 2010-cu ilin dekabrında keçirilən iclasında qurultayın may-iyun aylarında keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik və liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti