...

Əli Həsənov: Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdəndir

Siyasət Materials 29 Sentyabr 2011 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdəndir. Bunun ən bariz nümunələrindən biri Ermənistanın Azərbaycana qarşı etnik separatizminin bu gün də davam etməsidir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Erməni təcavüzü nəticəsində minlərlə azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb və soydaşlarımız işgəncələrə məruz qalıblar. Ermənistanın bu təcavüzkarlığı nəticəsində erməni xalqının özü də dünyanın qlobal inkişafından geridə qalır", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda dünyada ən zəngin etnik və dini tolerantlıq mövcuddur.

"Azərbaycanda yaşayan hər bir xalqın dini, mədəniyyəti, etnik məsuliyyəti Azərbaycanın zənginliyidir, varlığıdır. Bu dinlərin yaşadılması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm
istiqamətlərdən biridir", - PA rəsmisi deyib.

Konfrans Qafqaz Müsəlmanları İdarəsi və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan və Rusiya din xadimləri, ilahiyyatçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti