...

Azərbaycan ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır – XİN rəhbəri

Siyasət Materials 4 Oktyabr 2011 16:51 (UTC +04:00)
Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının üzvüdür və buna görə də ölkə ərəb dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Azərbaycan ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır – XİN rəhbəri

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının üzvüdür və buna görə də ölkə ərəb dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Russia Today" telekanalının ərəb bölməsinə müsahibəsində bildirib.

"Bizim bütün ərəb ölkələrin ilə sıx əlaqələrimiz var. Və biz bu ölkələrlə münasibətləri və əməkdaşlığı genişləndirməyə çalışırıq", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda ərəb ölkələrinin mədəniyyət günləri keçirilir ki, bu da Azərbaycan xalqına bu ölkələrin mədəniyyətləri ilə tanış olmaq imkanı verir.

Xəbər lenti

Xəbər lenti