...

Türkdilli ölkələrin tərəfdaşlığı bundan sonra da davam edəcək – Abdullah Gül

Siyasət Materials 5 Oktyabr 2011 13:57 (UTC +04:00)
Türkdilli ölkələrin əməkdaşlığı öz bəhrəsini verir və biz uğurlu tərəfdaşlığımızı davam etdirəcəyik. Türkiyə Prezidenti Abdullah Gül Ankarada MDB-nin türk dövlətlərinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda çıxış edərkən deyib.
Türkdilli ölkələrin tərəfdaşlığı bundan sonra da davam edəcək – Abdullah Gül

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkdilli ölkələrin əməkdaşlığı öz bəhrəsini verir və biz uğurlu tərəfdaşlığımızı davam etdirəcəyik. Türkiyə Prezidenti Abdullah Gül Ankarada MDB-nin türk dövlətlərinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda çıxış edərkən deyib. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı xəbər verib.

"Türkdilli ölkələrdən olan həmkarlarımla hər görüş zamanı əlaqələrimizin inkişafı yollarının müzakirə edirik və hər dəfə razılığa gəlirik", - Gül deyib.

Prezidentin sözlərinə görə, türkdilli ölkələr müstəqillikləri ərzində uzun inkişaf yolu keçiblər və iqtisadiyyatda, siyasətdə böyük uğurlara nail olublar.

Dünyada altı müstəqil türk dövləti mövcuddur. Bunlar Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistandır. Türkiyə istisna olmaqla, bu ölkələr SSRİ-nin süqutundan sonra müstəqillik qazanıblar.

"Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında yekdilliklə qəbul edilib. Həmin il dekabrın 29-da ümumxalq səsverməsi keçirilib və referendumun nəticələrinə əsasən, Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb. Azərbaycan Azərbaycan Demokratik Respublikasının (ADR) varisi elanb edilib və dünya birliyinə özünün dövlət müstəqilliyi və suverenliyi barədə bəyan edib. Həmin gün tarixə Azərbaycan ın dövlət müstəqilliyinin bərpası Günü kimi düşüb. Azərbaycan Demokratik Respublikasının bayrağı, himni və gerbi dövləvt atributları kimi qəbul olunub, ADR-in yarandığı gün- 28 May Respublika günü kimi qeyd olunmağa başlayıb.

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənəli surətdə qeyd olunması haqqında" sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti