...

Mübariz Əhmədoğlu: Ermənistan Suriya və Liviyada üsyançıları silahla təmin edib

Siyasət Materials 6 Oktyabr 2011 14:09 (UTC +04:00)
Ermənistan Qərbin diktəsi ilə Suriya və Liviyada baş verən üsyanlar zamanı üsyançıları silahla təmin edib. Gələcəkdə Ermənistan bu addımı İrana qarşı da ata bilər, ərəb ölkələrində olduğu kimi İranda da üsyançıları silahla təmin edə bilər.
Mübariz Əhmədoğlu: Ermənistan Suriya və Liviyada üsyançıları silahla təmin edib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistan Qərbin diktəsi ilə Suriya və Liviyada baş verən üsyanlar zamanı üsyançıları silahla təmin edib. Gələcəkdə Ermənistan bu addımı İrana qarşı da ata bilər, ərəb ölkələrində olduğu kimi İranda da üsyançıları silahla təmin edə bilər. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan Suriya və Liviya üsyançılarını silahlandırmaq barədə Qərbin göstərişlərini uğurla yerinə yetirdiyinə görə özünü güclü sayır. Politoloq deyib ki, Ermənistan bu gün Sarkisyanın təsvir etdiyi qədər güclü deyil.

"Hazırda Ermənistanın dövlət borcu ölkə budcəsindən 2 dəfə çoxdur. Sentyabr ayında Ermənistanda dərslər başlayarkən 30 məktəbdə birinci sinfə ümumiyyətlə şagird getməyib. Bu iqtisadi və demoqrafik göstəricilər Ermənistanın nə qədər "güclü" olduğunun göstərir", - Əhmədoğlu vurğulayıb.

Politoloq hətta hazırkı dövrdə Ermənistanın müstəqilliyinin şübhəli məsələ olduğunu deyib və əlavə edib ki, Ermənistan ziyalıları da bunu etiraf edirlər.

"Qonşu ölkənin ictimaiyyətində belə bir fikir var ki, Ermənistanın müstəqilliyi orduda döyülmüş və alçaldılmış gəncə bənzəyir. Ermənistan müxalifəti deyir ki, respublika ölümqabağı aqoniyadadır. Ermənistanın müstəqilliyi müstəqillik ideyası üçün kinayədir", - Əhmədoğlu deyib.

O, qeyd edib ki, Ermənistana qarşı heç vaxt tənqidi fikirlər səsləndirməyən Yuxarı Kilikiya Kilsəsinin rəhbəri II Aram da ölkəyə qarşı tənqidi fikirlər səsləndirir və deyir ki, ermənilərin Ermənistanı tərk etməsini hər zaman düşmənlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti