...

Təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı möhkəmlənir - Metyu Brayza

Siyasət Materials 8 Oktyabr 2011 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir V.Javoronkova/

Təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı artıq yetərincə dərindir və getdikcə möhkəmlənir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza şənbə günü jurnalistlərə bildirib.

"Mən səfirliyimizin, ailələrimizin ciddi terror təhlükəsindən müdafiəsinə görə Azərbaycana dərindən minnətdaram", - diplomat deyib.

Brayzanın sözlərinə görə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Xəzər dənizində Azərbaycanın enerji infrastrukturunu təhdid edən risklərlə birgə mübarizə planlarının hazırlanmasını müzakirə edib.

"Azərbaycanın bir sıra yüksəkçinli rəsmi şəxslərinin enerji infrastrukturu məsələlərini öyrənmək üçün ABŞ-a bazar ertəsi baş tutacaq səfərinin bəzi detallarını təqdim etdim", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti