Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycan bu gün gələcək üçün daha böyük potensialı olan beynəlxalq birliyin tamhüquqlu üzvü olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Humanitar Forumunda deyib.
"Əslində, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf və sabitliyin sərt pillələrində qətiyyətli və inanılmış üsullarla qalxdığını görmək sevindiricidir", - Dəmirəl deyib.