...

Elmar Məmmədyarov Argentina parlamentariləri ilə görüşüb

Siyasət Materials 13 Oktyabr 2011 19:44 (UTC +04:00)
Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzi və parlament üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.
Elmar Məmmədyarov Argentina parlamentariləri ilə görüşüb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir S.Ağayeva/

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzi və parlament üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Argentina münasibətləri ilə yanaşı, parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Nazir Elmar Məmmədyarov bu kimi səfərlərin iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə argentinalı qonaqlara məlumat verən Məmmədyarov, Azərbaycanın günbəgün inkişaf edən iqtisadiyyatının ölkənin güclənməsinə gətirib çıxardığını vurğulayıb.

Argentinalı parlamentarilər Azərbaycan həqiqətlərinin Argentina ictimaiyyətinə çatdırılması üçün hazır olduqlarını bildiriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti