...

ABŞ ekspertləri Türkiyədə terrorizmlə mübarizə məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 22 Oktyabr 2011 11:54 (UTC +04:00)
Prezident Barak Obamanın tapşırığı ilə ABŞ-ın bir qrup mütəxəssisi terrorizmlə birgə mübarizə aparmağın yollarını müzakirə etmək üçün Türkiyəyə gələcək.
ABŞ ekspertləri Türkiyədə terrorizmlə mübarizə məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Prezident Barak Obamanın tapşırığı ilə ABŞ-ın bir qrup mütəxəssisi terrorizmlə birgə mübarizə aparmağın yollarını müzakirə etmək üçün Türkiyəyə gələcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti "Ağ Ev"in nümayəndəsinə istinadən xəbər verib.

Nümayəndənin sözlərinə görə, Prezident Obama Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib ki, ABŞ terrorizmlə mübarizədə Türkiyəyə kömək edəcək.

Türkiyə Silahlı Qüvvələri oktyabrın 19-da Hakkari vilayətində PKK yaraqlılarının hərbiçilərə 24 nəfərin ölümü və 18 nəfərin isə yralanması ilə nəticələnən hücumuna cavab olaraq çərşənbə axşamı İraqın şimalında genişmiqyaslı yerüstü və hava əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar əsasən xüsusi təyinatlılar olmaqla, 10 minlik hərbi qruplar vasitəsilə eyni zamanda beş rayonda aparılır.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti