...

Azərbaycan Türkiyədəki təbii fəlakət bölgəsinə ikinci humanitar yardım təyyarəsi göndərib

Siyasət Materials 24 Oktyabr 2011 10:02 (UTC +04:00)
Azərbaycandan göndərilmiş ikinci təyyarə Türkiyənin Van şəhərinə çatıb, yaxın dəqiqələrdə humanitar yardımın boşaldılmasına başlanacaq.T
Azərbaycan Türkiyədəki təbii fəlakət bölgəsinə ikinci humanitar yardım təyyarəsi göndərib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycandan göndərilmiş ikinci təyyarə Türkiyənin Van şəhərinə çatıb, yaxın dəqiqələrdə humanitar yardımın boşaldılmasına başlanacaq.

Trend-in bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, Azərbaycan xilasediciləri artıq 10 uçqun sahəsində xilasetmə işlərini davam etdirirlər. Bu dəqiqəyə qədər azərbaycanlı xilasedicilərin 1-ci qrupu dağıntılar altından bir qadın meyiti, 2-ci qrup isə 45-50 yaşlarında kişi meyiti aşkar edib.

Digər qrup isə uçqun altından insan səsi aşkar edərək həmin istiqamətdə axtarış xilasetmə işlərini davam etdirir.

Əlavə məlumat veriləcək.

Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycanın Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3,5-3,0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti