...

İlham Əliyev Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 24 Oktyabr 2011 17:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Yunanıstan Respublikasının ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Yunanıstan Respublikasının ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, nazir Corc Papakonstantinu Yunanıstan Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı, Prezident Karolos Papulyasın məktubunu Prezident İlham Əliyevə təqdim etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, Yunanıstan Prezidenti Karolos Papulyasın Azərbaycana səfərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi işinə xidmət etdiyi bildirildi.

Dövlətimizin başçısı Yunanıstan Prezidenti Karolos Papulyasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Yunanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti