...

Müəmmər Qəddafinin cəsədinə baxmağa qadağa qoyulub

Siyasət Materials 24 Oktyabr 2011 20:45 (UTC +04:00)
Liviyanın keçid hökuməti Müəmmər Qəddafinin cəsədinə baxmağa qadağa qoyub.
Müəmmər Qəddafinin cəsədinə baxmağa qadağa qoyulub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Liviyanın keçid hökuməti Müəmmər Qəddafinin cəsədinə baxmağa qadağa qoyub. Qəddafinin cəsədi Misrat şəhərinin sənaye soyuducularından birində təqribən dörd gün ümumxalq nümayişinə çıxarılmışdı. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi Milli Keçid Şurasının (MKŞ) nümayəndəsinə istinadən məlumat verir.

"Saat 15:00-dan (yerli vaxtla) ictimaiyyət Qəddafinin cəsədinə baxa bilməyəcək", - MKŞ nümayəndəsi deyib.

Müəmmər Qəddafi oktyabrın 20-də doğma şəhəri Sirt yaxınlığında öldürülüb. Bundan başqa, onun oğlu Mötəsim və Liviyanın keçmiş müdafiə naziri də öldürülüb.

Liviyanı 42 il idarə edən Qəddafi MKŞ tərəfdarlarına əsir düşdükdən sonra Sirt şəhəri yaxınlığında həlak olub. MKŞ-nin məlumatına görə, Qəddafini hospitala aparan avtomobil inqilabçılarla polkovnikin öz qüvvələri arasında atışmada atəş altına düşüb və nəticədə o, başından ölümcül güllə yarası alıb.

Lakin digər məlumata görə, Qəddafi pusquya düşüb, Misratda MKŞ döyüşçüləri tərəfindən əsir götürülüb və təhqir olunduqdan sonra öldürülüb.

Xəbər lenti

Xəbər lenti