...

BMT-dəki səsvermənin növbəti mərhələsi Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçkilərinin qalibini müəyyən etməyib

Siyasət Materials 24 Oktyabr 2011 22:34 (UTC +04:00)
BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə BMT-nin Baş Assambleyasındakı səsvermənin növbəti mərhələsi qalibi müəyyən etməyib.
BMT-dəki səsvermənin növbəti mərhələsi Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçkilərinin qalibini müəyyən etməyib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə BMT-nin Baş Assambleyasındakı səsvermənin növbəti mərhələsi qalibi müəyyən etməyib.

Azərbaycan 110 səs toplayıb, Sloveniya isə - 83 səs toplayıb.

Yeni mərhələ yerli vaxtla saat 15:00-da başlayacaq (Bakı vaxtı ilə saat 00:00-da).

Ötən cümə günü keçirilən seçkilərin ilk günü Şərqi Avropa qrupundan üçüncü namizəd ölkə olan Macarıstan az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib.

Nyu Yorkda, BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Azərbaycan və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb.

Ölkələrdən heç biri, BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib. Seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb. Nəticədə səsvermənin oktyabrın 24-də keçirilməsi barədə qərar qəbul edilib.
Digər səsvermənin yekunları üzrə BMT TŞ-nin yeni qeyri-daimi üzvləri Qvatemala, Mərakeş, Toqo və Pakistan olub.

BMT TŞ beş daimi üzvdən - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. "Böyük beşlik"dən fərqli olaraq onlar veto hüququna malik deyillər.

Seçkilərə namizədlər regional qruplar adlandırılan qruplar tərəfindən irəli sürülür. Belə ki, Afrikadan və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürüb. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo olublar. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən azad olunan yerlər uğrunda mübarizə aparıblar.

İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia edib.

Braziliyanın azad edəcəyi yerə yalnız bir namizəd, yəni Qvatemala öz namizədliyini irəli sürüb.

Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir.

Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olub.

BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti