...

Qəddafi səhrada gizli dəfn olunub

Siyasət Materials 25 Oktyabr 2011 12:56 (UTC +04:00)
Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin cəsədi bu gün səhər səhrada gizli yerdə dəfn olunub. Bu barədə Liviyanın Milli Keçid Şurası bildirib. Trend-in məlumatına görə, xəbəri "Əl-Cəzirə" telekanalı yayıb.
Qəddafi səhrada gizli dəfn olunub

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir A.Tağıyeva /

Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin cəsədi bu gün səhər səhrada gizli yerdə dəfn olunub. Bu barədə Liviyanın Milli Keçid Şurası bildirib. Trend-in məlumatına görə, xəbəri "Əl-Cəzirə" telekanalı yayıb.

Müəmmər Qəddafi Sirt yaxınlığında, onu mühasirədən çıxarmağa çalışan maşın karvanı NATO təyyarələrinin hava zərbələri altına düşərkən öldürülüb.

Yüngül yaralanmış Qəddafi drenaj borusunda gizlənə bilir. Lakin üsyançıların dəstələrindən biri onu tapır və əsir götürür. Əldə olunan məlumata görə, Qəddafi və onun oğlu Mötəsim işgəncələrə məruz qalır, daha sonra isə öldürülür. Liviyanın müvəqqəti hökuməti bu versiyanı təkzib edir.

Qəddafinin dul qadını Safiyə bir qədər əvvəl qohumlarının cəsədlərini dəfn olunmaq üçün alınmasına kömək etmək xahişi ilə beynəlxalq birliyə müraciət etsə də, onun bu xahişi rədd edilib.
Safiyə, həmçinin Qəddafinin qızı Aişə, oğlanları Hannibal və Məhəmməd ailələri ilə birgə avqustun sonlarından Əlcəzairdədirlər. Onlar Liviya üsyançılarının təqiblərindən xilas olaraq qonşu ölkəyə qaçıblar. Qəddafinin daha bir oğlu Saadi isə bir qədər əvvəl Nigerə qaçıb.

Xəbər lenti

Xəbər lenti