...

Əhmədinejad rekord oğurluqla bağlı iş üzrə dindiriləcək

Siyasət Materials 1 Noyabr 2011 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir X.Murtuzayeva/

İran parlamenti ölkə Prezidenti Mahmud Əhmədinejadı bank kreditləri ilə bağlı dələduzluğa dair iş üzrə dindirmədə iştirak etməyə məcbur edib. Onun on gün ərzində parlamentin bu işin araşdırılması ilə məşğul olan komissiyasının suallarına cavab verəcəyi gözlənilir. Bundan əvvəl dindirilməyə onun nümayəndəsi gələcək. Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Dövlət başçısının deputatların rekord oğurluqla bağlı suallarına cavab verməsini tələb edən ərizəni ən azı 73 deputat imzalayıb. İran Konstitusiyasına görə, Prezidenti dindirilməyə çağırmaq üçün 290 parlamentarinin azı dörddə birinin imzası lazımdır.

Əhmədinejad parlament qarşısında hesabat verəcək ilk İran prezidentidir.

Bundan əlavə, oktyabrın 30-da məlum olub ki, oğurluq barədə işlə əlaqədar parlamentarilər Əhmədinejad hökumətindəki maliyyə nazirinin cinayətkar əməllərini etiraf ediblər. Məlumatı "Əl-Cəzirə" telekanalı yayıb. Noyabrın 1-də ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.

Oğurluqla bağlı iş çərçivəsində İranın iki dövlət bankından kreditin alınması üçün saxta sənədlərdən istifadə olunması faktları araşdırılır. Həmin kredit hesabına sonradan dövlət şirkətinin aktivləri əldə olunub. Fırıldaq nəticəsində 2,6 milyard dollar məbləğində vəsait oğurlanıb. Bu məsələdə əsas şübhəli şəxs iranlı iş adamı Əmir Mənsur Xosrəvi artıq etiraf ifadələri verməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti