...

İlham Əliyev Qırğız Respublikasının yeni Prezidentini təbrik edib

Siyasət Materials 3 Noyabr 2011 20:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Qırğız Respublikasının yeni Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb.

"Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin tarixi ənənələri xalqlarımızın yekdil iradəsinə uyğun olaraq bundan sonra da yaşayacaq və möhkəmlənəcək", - təbrikdə deyilir.

İlham Əliyev Almazbek Atambayev möhkəm cansağlığı, xoşbəxtlik, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti