...

Suriyadakı nümayişlərdə 12 nəfər öldürülüb

Siyasət Materials 4 Noyabr 2011 17:44 (UTC +04:00)
Bü gün Suriyada cümə nümayişləri zamanı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 12 nəfər öldürülüb.
Suriyadakı nümayişlərdə 12 nəfər öldürülüb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir A.Tağıyeva/

Bü gün Suriyada cümə nümayişləri zamanı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 12 nəfər öldürülüb. Bu barədə cümə günü Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Suriyada mindən artıq nümayişçinin iştirak etdiyi cümə nümayişləri "Allahu Əkbər" şüarı altında keçir. Etirazçılar rejimin istefaya getməsini tələb edir və Ərəb Ölkələri Liqasının Suriya böhranı ilə bağlı planının maddələrinə narazılıqlarını bildirirlər.

Qətər XİN-in rəhbəri Həməd bin Casem Al Tani cümə axşamı bəyan edib ki, Suriya Liqanın təklif etdiyi Suriya vətəndaşları arasında yeni qurbanlara yol verməmək üçün münaqişənin bütün tərəflərinin güc tətbiqini dayandırmasını nəzərdə tutan planla razılaşıb. Bundan başqa, Dəməşq ölkədə baş verən son hadisələr nəticəsində həbsxanalara düşən məhbusların azad edilməsini öhdəliyə götürüb.

Həmçinin, hərbi texnika Suriyanın yaşayış məntəqələrindən çıxarılmalıdır. Dəməşq bu plana əsasən, Liqanın müxtəlif bölmələrinin, eləcə də ərəb və dünya KİV-in əməkdaşlarını öz ərazisinə buraxmalı və onların təhlükəsiz hərəkətini təmin etməlidir.

Əgər Suriya hökuməti ərəb planında sadalanan öhdəlikləri yerinə yetirərsə, Suriyada nizamlama üzrə ərəb komissiyası iki həftə ərzində milli dialoq üzrə konfransın təşkil olunmasına yollanan Suriya müxalifəti ilə əlaqələrə başlayacaq.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, indiyə qədər toqquşmalar nəticəsində ölənlərin sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın o cümlədən, 1,1 min nəfərdən çox təhlükəsizlik orqanları əməkdaşının öldüyünü bildirir.

Xəbər lenti

Xəbər lenti