Prezident Pall Şmitt: Azərbaycan Macarıstanın böyük dostu və strateji tərəfdaşıdır

Prezident Pall Şmitt: Azərbaycan Macarıstanın böyük dostu və strateji tərəfdaşıdır

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Cənubi Qafqaz regionunda Macarıstanın böyük dostu və strateji tərəfdaşıdır. Bunu Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində Macarıstan Prezidenti Pal Şmitt deyib.

"Mən Azərbaycana səfər etmək şərəfinə malik ilk Macarıstan Prezidenti olmaq imkanını yüksək qiymətləndirirəm. Bizim daha intensiv əməkdaşlıq üçün potensialımız və siyasi iradəmiz var. Biz "Cənub dəhlizi", "Nabukko" və AGRI kimi iri layihələrdə bir-birimizlə bağlıyıq. Bizim, həmçinin qeyri-energetika sahəsində əməkdaşlığın irəliləməsi üçün ciddi imkanlarımız var", - Prezident bildirib.

Şmittin sözlərinə görə, Bakıda onu Azərbaycana xüsusi maraq göstərən 50 sahibkardan ibarət nümayəndə heyəti müşayiət edəcək. Prezident deyib ki, səfər zamanı iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının, eləcə də bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.

"Mən bu səfərdən Macarıstan və Azərbaycan arasında bütün - siyasət, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın xeyli möhkəmlənməsini gözləyirəm" , - Şmitt bildirib.

İkitərəfli münasibətlərin perspektivləri

Prezident qeyd edib ki, Macarıstan və Azərbaycan arasında rəsmi münasibətlərin tarixi çox böyük deyil.

"Biz diplomatik münasibətləri 20 il əvvəl - 1992-ci il aprelin 27-də Azərbaycanın müstəqilliyinin bərpasından dərhal sonra qurmuşuq. Bu, dünya tarixi baxımından, yalnız bir andır", - Şmitt deyib.

Macarıstan Prezidenti hesab edir ki, bu 20 il ərzində ölkələr ikitərəfli əməkdaşlıqda əhəmiyyətli nəticələrə nail olublar.

Prezidentin sözlərinə görə, siyasi əlaqələr həmahəng və möhkəmdir, hər hansı həll edilməyən məsələ yoxdur.

"Bu müddət ərzində yüksək səviyyədə bir neçə vacib səfər baş tutub", - Şmitt deyib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əməkdaşlıq və mal dövriyyəsi ildən-ilə artır və böyük potensiala malikdir.

"Hər iki tərəf "Cənub dəhlizi", "Nabukko" və AGRI layihələrində iştiraka kökləniblər", - Prezident deyib.

Pal Şmittin sözlərinə görə, Macarıstan, həmçinin Azərbaycanı onun Avropaya və Avroatlantik məkana inteqrasiyasında tamamilə dəstəkləyir.

"Biz Avropa İttifaqı və Azərbaycan arasında assosiasiyalar haqqında saziş üzrə danışıqların başlanmasını, eləcə də ölkənin NATO ilə sıx əməkdaşlığını alqışlayırıq. Bundan əlavə, biz qarşılıqlı fəaliyyətimizin səviyyəsinin bütün sahələrdə mümkün qədər yüksəlməsini istəyirik. Ümumiyyətlə, münasibətlərimizin genişlənməsi və dərinləşməsinin kifayət qədər yaxşı perspektivləri var və əgər belə demək mümkündürsə, onların hüdudu yoxdur" , - Macarıstan dövlətinin başçısı deyib.

Avropaya inteqrasiya

Şmitt hesab edir ki, Avropa İttifaqı və tərəfdaş ölkələr bu yaxınlarda Varşavada "Şərq tərəfdaşlığı" sammitini yüksək səviyyədə və uğurla keçiriblər.

"Mən əminəm ki, Avropa Qonşuluq Siyasətinin Şərq ölçülərinin əhəmiyyəti barədə məlumatlandırmanın genişləndirilməsi lazımdır. Bu, bir tərəfdən arzulayan ölkələrin islahat, siyasi assosiasiyalar və iqtisadi inteqrasiyalar prosesinin sürətlənməsini təmin edir, digər tərəfdən, Aİ-nin əsas iqtisadi maraqlarına və onun vətəndaşlarına cavab verir", - o deyib.

"Aİ və onun Şərqi Avropadan olan tərəfdaşları arasında daha dərin ticari-iqtisadi fəaliyyətlər mövcuddur. Bu tendensiyanı möhkəmləndirmək üçün Aİ və onun əksər tərəfdaşları assosiasiyalar haqqında sazişin əldə edilməsi üçün danışıqlar aparırlar ki, bu da ümumi azad ticarət zonasının yaranmasına gətirib çıxaracaq. Eyni zamanda, bütün qitə üzrə sərbəst hərəkətin yüksəldilməsi işində tərəqqi əldə ediləcək", - Şmitt deyib.

"Macarıstan "Şərq tərəfdaşlığı"nda fəal rol oynamağa çalışır. Bizim ikitərəfli proqramlarımız institusional tikintiyə, demokratik islahatlara və səmərəli idarəetməyə, əsas önəmi azlıqlar qrupuna verməklə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın möhkəmləndirilməsinə, təhsil, ərzaq təhlükəsizliyi üzrə proqramaların həyata keçirilməsinə, kənd rayonlarının inkişafına istiqamətlənib", - Şmitt deyib.

Dağlıq Qarabağ münaqişəsi

Dövlət başçısı bildirib ki, Macarıstanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməzdir.

"Son məsləhətləşmələrdə bizim bəyan etdiyimiz baxışlarımıza əsasən, bu uzunmüddətli münaqişənin nizamlanması prosesində tamamilə beynəlxalq hüquqa uyğun irəliləyişə nail olmaq vacibdir. Davamlı nizamlama mövcud danışıqlar formatı çərçivəsində, eləcə də əlaqədar dövlətlərin ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla, sülh yolu ilə əldə edilməlidir", - Şmitt deyib.

Prezident qeyd edib ki, bu baxımdan, ATƏT-in Minsk qrupu qabaqcıl rol oynayır. Nizamlama Madrid prinsiplərinə əsaslanmalıdır ki, bu da danışıqlar prosesinin dəstəklənməsi və canlanması, eləcə də qarşılıqlı məqbul həllərin tapılması üçün mütləq lazımdır.

"Biz iki ölkənin prezidentlərinin yüksək səviyyədə görüşlərinə xüsusi diqqət veririk. Milli azlıqların hüquqları lazımi şəkildə qorunmalıdır. Milli azlıqlara və icmalara özünüidarəetmə hüququ verilməlidir", - o deyib.

Prezidentin sözlərinə görə, Macarıstan tam şəkildə dərk edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq çətin və mürəkkəb tapşırıqdır. Nizamlama prosesi böyük səbr, güzəştə getməyə hazır olmaq, eləcə də siyasi iradə tələb edir.

"Buna baxmayaraq, biz inanırıq ki, sülh danışıqları nəticə verə bilər. Tarixi təcrübəmizdən çıxış edərək hesab edirik ki, etimadın möhkəmləndirilməsi tədbirləri və qarşılıqlı güzəştlər də lazımdır", - Şmitt deyib.

Enerji əməkdaşlığı

Energetika Azərbaycan və Macarıstan arasında əməkdaşlığın vacib sahəsidir, lakin yeganə deyil. "Azərbaycan "Cənub dəhlizi" layihəsində həlledici rol oynaya bilər. Bu marşrut üzrə Aİ-yə qaz ixracının həm tədarükçülər, həm də istehlakçılar üçün üstünlükləri var" , - Şmitt vurğulayıb.

Prezidentin sözlərinə görə, qazın alınması mənbələrinin və marşrutlarının diversifikasiyası Macarıstanın enerji təhlükəsizliyinin güclənməsi üçün mühüm alətdir.

"Bu, xarici və təhlükəsizlik siyasətimizin həlledici prioritetlərindən biridir. Buna uyğun olaraq, biz bu məqsədə xidmət edən bütün layihələri dəstəkləyirik. Biz infrastrukturumuzu inteqrasiya etməyə çalışırıq ki, ümumi enerji resursları bazarı yaradaq", - Şmitt deyib.

Onun sözlərinə görə, bu, Xəzər regionundan böyük həcmdə qazı çatdırmağı nəzərdə tutan infrastruktur layihələrin stimullaşdırılmasına kömək edəcək.

"Biz qətiyyətlə inanırıq ki, Azərbaycanda hasil edilən qaz yaxın illərdə Macarıstana və Mərkəzi Avropaya çatdırılacaq. "Cənub dəhlizi" konsepsiyası təkcə enerji resurslarının nəqli marşrutu deyil, həm də Avropa İttifaqı və Xəzər regionu xalqları arasında sıx əlaqədir", - Macarıstan Respublikasının Prezidenti Pal Şmitt bildirib.

Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Dövlət Dəniz Agentliyində şəhidlərin əziz xatirəsi anılıb (VİDEO)
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Bütün xəbərlər