...

BAXCP mənzillərin vətəndaşlara müqavilə ilə satılmasına qadağa qoyulmasını istəyir

Siyasət Materials 14 Noyabr 2011 15:01 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tikinti şirkətlərinin mənzilləri vətəndaşlara dövlət reyestrində qeydiyyata alınmamış ikitərəfli müqavilələrlə satmasına qadağa qoyulmasına çağırıb.
BAXCP mənzillərin vətəndaşlara müqavilə ilə satılmasına qadağa qoyulmasını istəyir

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir M.Əliyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tikinti şirkətlərinin mənzilləri vətəndaşlara dövlət reyestrində qeydiyyata alınmamış ikitərəfli müqavilələrlə satmasına qadağa qoyulmasına çağırıb.

Trend-in məlumatına görə, partiyadan bildirilib ki, BAXCP İdarə Heyətinin növbəti iclasında bu məsələ müzakirə olunaraq prosesin dövlət orqanlarının bilavasitə iştirakı və təminatı, eləcə də notarial qaydada təsdiqlənmiş müvafiq sənədləşmə əsasında həyata keçirilməli olduğu bildirilib.

İclasda qeyd olunub ki, mənzil tikintisi, satışı və mənzillərin dövlət ehtiyacları üçün alınması sahəsində yaranmış vəziyyət vətəndaşları ciddi problemlərlə qarşı-qarşıya qoyur, hüququn aliliyinin təmin olunmasına və ədalət prinsiplərinin qorunmasına maneə yaradır.

Xəbər lenti

Xəbər lenti