...

Azərbaycan və Polşa arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi təsdiqlənib

Siyasət Materials 15 Noyabr 2011 13:43 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan və Polşa arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi təsdiq olunub.
Azərbaycan və Polşa arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi təsdiqlənib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan və Polşa arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi təsdiq olunub.

Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Polşanın Avropa İttifaqına sədrlik etdiyini qeyd edərək vizaların ləğv olunmasının vacibliyini vurğulayıb. qeyd edib. Onun sözlərinə görə, gələcəkdə digər Avropa ölkələri ilə də viza rejiminin ləğvi zəruridir.

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci səsvermədə qəbul olunub.

Parlamentin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlardan və "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"dən, Cinayət Məcəlləsindən "azadlığın məhdudlaşdırılması" termini çıxarılıb.

Xəbər lenti

Xəbər lenti