...

MSK məntəqə seçki komissiyalarının üzvləri üçün yaddaş kitabçası çap edib

Siyasət Materials 16 Noyabr 2011 12:59 (UTC +04:00)
MSK məntəqə seçki komissiyalarının üzvləri üçün yaddaş kitabçası çap edib
MSK məntəqə seçki komissiyalarının üzvləri üçün yaddaş kitabçası çap edib

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 30 noyabr 2011-ci ilə təyin edilmiş bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş" kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin edib.

MSK-nın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, kitabçada məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub.

Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

"Seçki günü üçün yaddaş" kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.

Xəbər lenti

Xəbər lenti