Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniil Kristian Ciobanunu qəbul edib.
XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən Ciobanu ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan-Rumıniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.
Öz növbəsində Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə rumıniyalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.