...

Azərbaycanın millət vəkilləri Argentinada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Siyasət Materials 25 Noyabr 2011 11:18 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri Argentinada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Azərbaycanın millət vəkilləri Argentinada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Azərbaycanın millət vəkilləri Argentinada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Azərbaycanın Argentinadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu ölkədə səfərdə olan Milli Məclisin nümayəndə heyətinin üzvləri Latın Amerikasında müsəlman icmasına məxsus ən iri təşkilatlarından olan Argentina Respublikası İslam Mərkəzinin vitse-prezidenti Xulio Made ilə görüşüblər.

Görüşdə Azərbaycanın cari həqiqətləri, ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, Azərbaycanın regional strateji layihələrə verdiyi töhfələr, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü mövzuları müzakirə olunub.

Deputatlar Azərbaycanın islam dünyasının bir parçası olduğundan, islam dəyərlərinin təşviqindəki rolundan danışıb, habelə müxtəlif dinlərin və mədəniyyətlərin sülh içində birgə yaşadığı Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa verdiyi töhfələrindən bəhs ediblər.

Öz tərəfindən, bu yaxınlarda Azərbaycana Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün etdiyi səfəri ilə bağlı xoş xatirələri barədə danışan Made ölkəmizin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini və ölkəmzin reallıqları barədə Argentinada geniş bölüşdüyünü vurğulayıb.

Argentina Respublikası İslam Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verən vitse-prezident bu mərkəzin Azərbaycanla Argentina arasında əməkdaşlığa töhfə verməyə hazır olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti