...

Azərbaycan YUNESKO-nun Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib

Siyasət Materials 29 Noyabr 2011 16:22 (UTC +04:00)
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin vitse-prezidenti seçilib.
Azərbaycan YUNESKO-nun Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib. Belə qərar Balidə (İndoneziya) YUNESKO-nun sessiyasında qəbul edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan XİN-in mətbuat xidmətinin ölkənin YUNESKO yanında daimi nümayəndəliyinə istinadən verdiyi məlumatda deyilir.

Azərbaycanla yanaşı, iclasda daha üç ölkə - İran, Madaqaskar və Mərakeş komitənin vitse-prezidentləri, Qrenada strukturun sədri, İspaniya isə məruzəçisi seçiliblər. İclasda qərara alınıb ki, komitənin növbəti sessiyası Qrenadada keçirilsin.

Komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, Azərbaycanın iki qeyri-hökumət təşkilatının ("Azərbaycan Xalçaçıları" və "Musiqi Dünyası" İctimai birlikləri) akkreditasiya edilməsi tövsiyə olunub. QHT-lərin akkreditasiyası 2012-ci ildə keçiriləcək Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası zamanı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti