...

Əli Əliyev: İnanırıq ki, "üçlük" müxalifət düşərgəsində yeni bir güc mərkəzi olacaq

Siyasət Materials 2 Dekabr 2011 17:45 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hesab edir ki, yaradılacaq "müxalifət üçlüyü" müxalifət düşərgəsində yeni bir güc mərkəzi olacaq.
Əli Əliyev: İnanırıq ki, "üçlük" müxalifət düşərgəsində yeni bir güc mərkəzi olacaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hesab edir ki, yaradılacaq "müxalifət üçlüyü" müxalifət düşərgəsində yeni bir güc mərkəzi olacaq.

Əliyev cümə günü Trend-ə bildirib ki, "üçlüy"ün yeniliyi həm də mübarizə vasitələri ilə əlaqədar olacaq.

"Çalişacağıq ki, mübarizəmiz eyni zamanda müxalifət düşərgəsində olan digər güc mərkəzləri ilə inteqrativ proseslərə başlasın. Paralel olaraq beynəlxalq təşkilatlarla əlaqə qurmaq niyyətimiz var, alternativlər qurmaq niyyətindəyik. Bu, 2012-ci illə bağlı fəaliyyət planlarına daxildir", - Əliyev bildirb.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan dekabrın 1-də görüş zamanı "müxalifət üçlüyü" yeni təsisatının formalaşdırılması ilə bağlı işçi qrupunun yaradılmasını qərara alıblar.

Azərbaycan Demokrat (ADP) və Ümid partiyalarının yeni yaradılan təsisata qoşulmamasının səbəbinə münasibət bildirən Əliyev bu məsələdə bəzi fərqli yanaşmanın olduğunu bildirib.

"Həmin adıçəkilən iki partiya "Qarabağ" siyası blokunun təsisçiləridirlər və onlar prezident seçkilərinə yönəlmiş fəaliyyətə bu gündən başlayıblar və fərqli taktiki xətlə hərəkət edirlər. Ona görə də biz üç partiya olaraq özümüz hərəkət formalaşdırmaq və məqsədlərimiz uğrunda mübarizə aparmaq niyyətimizi ortaya qoyduq. Bu səbəbdən təşkilatlandıq və təşkilatlanma bitdikdən sonra öz fəaliyyət istiqamətlərimizə uyğun olaraq fəaliyyətə başlayacağıq", - Əliyev bildirib.

Xatırladaq ki, Demokrat və Ümid partiyaları da əvvələr yeni təsisatın yaradılması istiqamətində aparılan müzakirələrdə iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti