...

Elmar Məmmədyarov və ABŞ dövlət katibinin köməkçisi strateji əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 6 Dekabr 2011 18:19 (UTC +04:00)
Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi Filip Qordonla çərşənbə axşamı Vilnüsdə Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Elmar Məmmədyarov və ABŞ dövlət katibinin köməkçisi strateji əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi Filip Qordonla çərşənbə axşamı Vilnüsdə Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

Görüş ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən iclası çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti