...

İlham Əliyev Malayziya, Tunis və İsveçrənin dövlət başçılarını təbrik edib

Siyasət Materials 19 Dekabr 2011 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha, Tunis Prezidenti Munsef əl-Mərzuqiyə, İsveçrə Konfederasiyasının Prezidenti Eveline Vidmer-Şlumpfa təbrik edib.
İlham Əliyev Malayziya, Tunis və İsveçrənin dövlət başçılarını təbrik edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha, Tunis Prezidenti Munsef əl-Mərzuqiyə, İsveçrə Konfederasiyasının Prezidenti Eveline Vidmer-Şlumpfa təbrik edib.

Malayziyanın Ali Başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram", - Malayziyanın Ali Başçısına ünvanlanan təbrikdə deyilir.

"Tunis Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - Munsef əl-Mərzuqiyə ünvanlanan məktubda bildirilir.

İlham Əliyev Tunis Prezidentinə möhkəm cansağlığı, səadət, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyib.

"İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-İsveçrə əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram", - Eveline Vidmer-Şlumpfa ünvanlanan təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti