Gürcüstan, Tbilisi, 9 yanvar /Trend müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstan və Azərbaycan Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilənin təsdiqlənməsi haqqında fərman imzalayıb.
Saakaşvili, həmçinin Gürcüstan və Ermənistan DİN-ləri arasında analoji müqavilənin təsdiqlənməsi haqqında fərman imzalayıb.
Hər iki sənəd ötən il oktyabrın 20-də imzalanıb və hüquq-mühafizə orqanlarının operativ axtarış işində əməkdaşlığını və informasiya mübadiləsini nəzərdə tutur.