...

Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı vəzifəsinə namizədlərin adı açıqlanıb

Siyasət Materials 9 Yanvar 2012 15:23 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvarın 23-27-də keçiriləcək qış sessiyası çərçivəsində AŞ-nin insan hüquqları üzrə yeni komissarının adı məlum olacaq.
Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı vəzifəsinə namizədlərin adı açıqlanıb

Azerbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvarın 23-27-də keçiriləcək qış sessiyası çərçivəsində AŞ-nin insan hüquqları üzrə yeni komissarının adı məlum olacaq. Bu barədə Trend-ə bazar ertəsi AŞ-dəki mənbə məlumat verib.

Qeyd edək ki, AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammarberqin səlahiyyət müddəti 2012-ci il martın 31-də başa çatır.

Bununla əlaqədar olaraq, sözügedən posta müxtəlif ölkələr tərəfindən namizədlər təqdim edilib. AŞ Nümayəndələr Komitəsinin 2011-ci il noyabrın 24-də keçirilən iclasında insan hüquqları üzrə komissar postuna irəli sürülmüş namizədlərlə bağlı səsvermə keçirilib və bunun nəticəsində ən çox səs toplamış 3 namizəddən ibarət siyahı AŞ PA-ya təqdim edilib. Bu namizədlər Nils Münieks (Latviya), Frans Timmermans (Niderland) və İv Monedir (Belçika).

AŞ PA-nın cari il yanvarın 23-27-də keçiriləcək qış sessiyasında insan hüquqları uzrə komissar Nümayəndələr Komitəsinin təqdim etdiyi 3 nəfərlik siyahıdakı şəxslər arasından səsçoxluğu ilə seçiləcək.

Qeyd edək ki, bu posta ilkin mərhələdə 5 namizəd irəli sürülmüşdü. İnsan hüquqları üzrə komissarın səlahiyyət müddəti altı ildir.

Xəbər lenti

Xəbər lenti