...

Əhmədinejad nüvə alimlərinin qorunması üçün xüsusi göstəriş verib

Siyasət Materials 17 Yanvar 2012 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir T.Cəfərov/

Prezident Mahmud Əhmədinejad İranın nüvə alimlərinin təhlükəsizliyinin gücləndirilməsi və bu sahədə xüsusi işlər görülməsinə dair göstəriş verib. Bunu İranın elm, araşdırma və texnologiya naziri Kamran Daneşçu deyib. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat verir.

Daneşcu bildirib ki, hazırda düşmənlər ölkədə 100-dən çox terror aktı həyata keçirməyi planlaşdırır ki, həmin planların çoxunun qarşısı alınır.

Daneşcu bildirib ki, hazırda ölkə universitetlərində 1300-dən çox tələbə öz ixtisasını nüvə və nüvə fizikası sahəsində təhsil almaq üçün dəyişmək üçün nazirliyə müraciət edib. "Bu, onu göstərir ki, düşmənlər İran alimlərinin elmi fəaliyyətinin qarşını ala bilməyəcəklər", - o qeyd edib.

Ötən həftə İranın paytaxtı Tehranda nüvə fizikası üzrə aparıcı mütəxəssislərindən biri Mustafa Əhmədi Rövşən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub. İran rəsmiləri Mustafa Əhmədi Rovşəni ABŞ və İsrialin kəşfiyyat orqanlarının qətlə yetirdiyini bəyan edir.

2010-cu ilin yanvar ayında da İranın nüvə fizikası üzrə aparıcı mütəxəssislərindən biri Məsud Əliməhəmmədi Tehrandakı evinin yaxınlığında partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olmuşdu. Bundan sonra noyabrın 29-da Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb. Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığında baş verən partlayışda yaralanıblar. Firudin Abbasi hazırda İranın Nüvə Enerji Təşkilatının rəhbəridir. Məlumata əsasən, alimlərin hər ikisi İranın nüvə texnologiyaları sahəsində çalışıblar.

Xəbər lenti

Xəbər lenti