...

Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir - nazir

Siyasət Materials 18 Yanvar 2012 18:14 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri İuri Leanka ilə görüş keçirib.
Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir - nazir

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri İuri Leanka ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov Azərbaycanla Moldova arasında münasibətlərin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini qeyd edib.

Moldovalı rəsmi ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov moldovalı həmkarına regional enerji layihələri və regional əməkdaşlıq barədə məlumat verib.

Tərəflər GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsin vacibliyini vurğulayıblar.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti