...

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 19 Yanvar 2012 17:24 (UTC +04:00)
Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu, o cümlədən hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işinin intensiv şəkildə davam etdirildiyi, bir sıra iri beynəlxalq layihələrdə hökumətlərimizin müştərək fəaliyyət göstərdiyi bildirilib.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Todua son illərdə müstəqil Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini qeyd edib və paytaxt Bakıda genişmiqyaslı quruculuq işlərinin onda xoş təəssürat yaratdığını diqqətə çatdırıb.

Toduanın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda da olub.

Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara baxıblar. Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla tanış olublar.

Fridon Todua fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti