...

İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olub (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 14:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olub.
İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, Gəncə çayının sağ sahilində inşa olunan Bayraq Meydanı son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biridir. Burada 100 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentin hündürlüyü isə 4 metrdir. Meydandakı qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Meydanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Prezident İlham Əliyev dövlət bayrağını qaldırdı.

Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti