...

Avropa Şurasının Baş katibi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 24 Yanvar 2012 14:29 (UTC +04:00)
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Avropa Şurasının Baş katibi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Mənə məlum olub ki, Siz ilin sonundakı ənənəvi əfv sərəncamı ilə Mehman Məmmədovu, Cabbar Savalanı və Nizami Şahmuradovu, habelə digər şəxsləri əfv etmisiniz. Mən Avropa Şurasının müəyyən müddət gözlədiyi bu addıma görə Sizi təbrik etmək istərdim. Biz, həmçinin keçən il dekabrın 27-də Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsini alğışlayırıq", - Trend-in məlumatına görə, Yaqland məktubda qeyd edib.

Baş katib məktubda daha sonra qeyd edib:

"Bildiyiniz kimi, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığı, ümid edirəm ki, daha da genişləndirəcək və bu sahədə əlavə inkişafa yol verəcək yeni Fəaliyyət Planını müzakirə edirik. Buna görə də ümid edirəm ki, yeni Fəaliyyət Planını Sizinlə birlikdə Bakıda işə salacağıq. Bu imkandan istifadə edərək həmçinin ümidimi bildirmək istərdim ki, yaxın gələcəkdə Azərbaycanla Avropa Şurası arasında imzalanacaq Anlaşma Memorandumu bizim Bakıdakı ofisimizin tam həcmdə fəaliyyət göstərməsinə imkan yaradacaq".

Xəbər lenti

Xəbər lenti