...

Bakıda Azərbaycan-Almaniya qərargah danışıqları olub (FOTO)

Siyasət Materials 24 Yanvar 2012 14:46 (UTC +04:00)
Bakıda bu gün Azərbaycan-Almaniya qərargah danışıqları olub.
Bakıda Azərbaycan-Almaniya qərargah danışıqları olub (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu gün Azərbaycan-Almaniya qərargah danışıqları olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general mayor Ramiz Nəcəfov iki ölkə arasındakı hərbi əlaqələrin mövcud durumundan danışıb.

Görüşdə Cənubi Qafqaz regionunda vəziyyət, beynəlxalq hərbi missiyalar, Avro-Atlantik təhlükəsizlik, Azərbaycan-NATO əlaqələri və əməkdaşlığın perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti