...

İlham Əliyevin ABŞ dövlət katibinin müavini ilə görüşü olub

Siyasət Materials 26 Yanvar 2012 01:45 (UTC +04:00)
Yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü olmuşdur.
İlham Əliyevin ABŞ dövlət katibinin müavini ilə görüşü olub

Azərbaycan, Bakı, 26 yanvar / Trend /

Yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü olmuşdur.

Hormats ABŞ Prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini dedi.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Birgə Komissiyasının yaxın vaxtlarda keçiriləcək iclasının əməkdaşlığın konkret sahələrinin müzakirəsi baxımından əhəmiyyəti vurğulandı.

Xəbər lenti

Xəbər lenti