...

Azərbaycanın millət vəkili Avronest PA-nın komitə iclasında məruzə edəcək

Siyasət Materials 30 Yanvar 2012 13:33 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avronest Parlament Assambleyasının Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komtəsinin iclasında iştirak edəcək.
Azərbaycanın millət vəkili Avronest PA-nın komitə iclasında məruzə edəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avronest Parlament Assambleyasının Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komtəsinin iclasında iştirak edəcək.

Trend-in məlumatına görə, 30-31 yanvarda Brüsseldə keçiriləcək iclasda Hüseynli "Şərq Tərəfdaşlığında və Avropa İttifaqında gələcək demokratiya, KİV-lərin müstəqilliyi" adlı məruzə ilə çıxış edəcək.

Hüseynli Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində demokratiyanın, azad və müstəqil medianın gələcəyinə dair çağırışlar mövzusu üzrə məruzəsini digər həmməruzəçi Almaniyadan olan deputat Knut Flekştayinlə birgə təqdim edəcək.

Təqdim olunacaq məruzənin bu ilin aprel ayında Avronestin Bakıda keçiriləcək iclasında qəbul olunması gözlənilir.

Qeyd edək ki, Azərbaycan tədbirdə Avronest PA-dakı nümayəndə heyətinin sədri Elxan Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti