...

Azərbaycan səfirliyi qəzaya uğramış yük gəmisindəki azərbaycanlılar haqqında məlumatı dəqiqləşdirir

Siyasət Materials 7 Fevral 2012 13:03 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi Azov dənizində qəzaya uğramış yük gəmisində azərbaycanlıların olması barədə məlumatı dəqiqləşdirir.
Azərbaycan səfirliyi qəzaya uğramış yük gəmisindəki azərbaycanlılar haqqında məlumatı dəqiqləşdirir

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir S.Ağayeva /

Azərbaycanın Ukraynadakı səfirliyi Azov dənizində qəzaya uğramış yük gəmisində azərbaycanlıların olması barədə məlumatı dəqiqləşdirir.

Bu gün saat 05:40-da Panamanın "Avak 1" yük gəmisi Azov dənizinin Zaporojye vilayəti rayonunda olarkən fəlakət siqnalı verib. Yük gəmisinin qəzaya uğradığı yer Berdyanskdan 30 və Kerçdən 100 millik məsafədə yerləşir. Qəza rayonunda temperatur mənfi 17 dərəcə və küləyin sürəti saniyədə 17 metrdir. Trend-in məlumatına görə, bu barədə Ukrayna KİV-i məlumat verir.

Zaporojye vilayətinin FHN Bİ-nin rəisinin köməkçisi Yuliya Barışyovanın məlumatına görə, gəminin komandası 12 nəfərdən ibarətdir. Onlardan 3-ü ukraynalı, biri türk və 8-i azərbaycanlıdır.

Azərbaycanın səfirliyinin hələlik gəmidə Azərbaycan vətəndaşlarının olması barədə dəqiq məlumatı yoxdur. Məlumat dəqiqləşdirilir. Bu barədə Trend-ə səfirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti